Azərbaycan çempionu “Qarabağ” iki gündən sonra növbəti avrokubok matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubunu qəbul edəcək Ağdam təmsilçisi avqustun 1-də meydana çıxan iki Azərbaycan komandasından biridi.
Belə ki, indiyədək yalnız “Neftçi” və “Qarabağ” bu tarixdə avrokubok qarşılaşmasına çıxıb. Paytaxt təmsilçisi üçün uğursuz olan gün Qurban Qurbanovun yetirmələri üçün düşərlidi.
2012-ci ildə İsraildə Kiryat-Şmona “Hapoel”inin qonağı olan “Neftçi” 4 cavabsız qol buraxıb. “Qarabağ” isə keçirdiyi hər iki matçda qalib gəlib. 2013-cü ildə ağdamlılar evdə “Gefle”ni 1:0, ötən il isə Moldovada “Şerif”i 2:1 hesabı ilə məğlub edib.
Avqustun 1-də keçirdiyi hər iki oyunda minimal fərqlə qalib gələn “Qarabağ” bu tarixdə 3-cü cəhdini gerçəkləşdirəcək. Ümumilikdə isə qarşıdakı ayın ilk günündəki 3 matçda 2 qələbə və 1 məğlubiyyət qeydə alınıb.