Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” “Kukesi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu albaniyalı rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Klubdan verilən məlumatda artıq matç üçün 10 min bilet satıldığı bildirilib. Satışların qarşılaşmanın başlama saatına qədər davam edəcəyi də açıqlanıb.
Matçı izləmək istəyən azarkeşlər biletləri aşağıdakı ünvanlardan əldə edə bilərlər.
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası, “28 Mall”
“Gənclik Mall”
“Park Bulvar” (“Qarabağ Fanshop”)
M.Rəsulzadə 3 (“Azərbaycan” k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (“Nizami” k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Qeyd edək ki, iki komanda arasındakı Albaniyada keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.