[b]“Qarabağ”ın rəqibi 15 yaşlı futbolçu aldı[/b]
13.07.2018 - 15:03
[b]“Qarabağ”ın rəqibi 15 yaşlı futbolçu aldı[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” daha bir transfer həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lyublyana təmsilçisi 15 yaşlı Yan Kaskerlə anlaşıb.

 

“Şampion” klubundan alınan yeniyetmə oyunçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Hücumameylli futbolçu əsas komanda ilə birlikdə məşqlərdə iştirak edəcək, həmçinin oyunlarda meydana çıxa biləcək. Lakin hələlik əsasən gənclərdən ibarət komandada forma geyinəcək. “Olimpiya”nın ölkənin ən istedadlı yeniyetməsi hesab edilən Yan Kaskeri heyətinə qatmaqda məqsədi gələcəkdə onu Avropanın nəhəng klublarından birinə sərfəli qiymətə satmaqdı.

 

Qeyd edək ki, ilk oyunda “Qarabağ”a evdə 0:1 hesabı ilə məğlub olan “Olimpiya” iyulun 18-də paytaxtımızda cavab görüşünə çıxacaq.

0