[b]“Qarabağ”ın rəqibində 5 təqdimat: 1-i sifariş olunmayıb[/b]
08.07.2018 - 20:00
[b]“Qarabağ”ın rəqibində 5 təqdimat: 1-i sifariş olunmayıb[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” 5 yeni futbolçunun təqdimatına hazırlaşır. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, Sloveniya çempionu sabah yeni transferlərini azarkeşlər önünə çıxaracaq.

 

Belə ki, müdafiəçi Branko İliç, yarımmüdafiəçilər Nik Kapun, Rok Kronaveter, Matiç Çrniç və hücumçu Haris Kadriç qarşılaşmadan bir gün əvvəl ictimaiyyətə təqdim olunacaq. Maraqlıdı ki, bu futbolçulardan Çrniç “Qarabağ”la oyunlar üçün UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, “Qarabağ”ın “Olimpiya” ilə ilk oyunu iyulun 11-də Lyublyanada keçiriləcək.