[b]“Qarabağ”ın rəqibindən qolsuz sınaq[/b]
05.07.2018 - 01:01
[b]“Qarabağ”ın rəqibindən qolsuz sınaq[/b]

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Sloveniya təmsilçisi növbəti sınaq matçını keçirib.

 

Komanda Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşıb. Matçda hesab açılmayıb – 0:0.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.

0