“Qarabağ”ın futbolçusu Ansi Aqolli millimizin kapitanı ola bilər. Amma biz oyuna tam hazırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Kukesi”nin müdafiəçisi Simon Rumbullaku deyib.
Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında bu gün “Qarabağ”la qarşılaşacaq. Oyunöncəsi yerli mətbuata danışan Rumbullaku növbəti mərhələdən ümidlidi.
27 yaşlı cinah oyunçusu uzun yol qət etmələrinə baxmayaraq, yaxşı oteldə qaldıqlarını söyləyib: “Bütün matçlarda maksimum gücümüzü ortaya qoyuruq. “Qarabağ”la görüşdə də belə olacaq. Mərhələ adlamaq üçün bütün gücümüzlə mübarizə aparacağıq. İlk oyunda gördük ki, rəqiblə elə ciddi fərqimiz yoxdu. “Qarabağ”ın yüksək səviyyəli oyunçu qrupu var. Ancaq biz də keyfiyyətimizi göstərdik. Hədəfə köklənmək çox önəmlidi. Fikrimcə, qol vurmaq üçün imkanlarımız olacaq. Bundan yararlanıb, növbəti mərhələyə adlamaq istəyirik. “Valletta” ilə oyunda olduğu kimi. İstəyimizə çatacağımıza inanıram”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda 0:0 hesabı qeydə alınıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək