[b]“Qarabağ”la oyuna hazıram” – “Kukesi”nin yeni transferi[/b]
28.07.2018 - 14:41
[b]“Qarabağ”la oyuna hazıram” – “Kukesi”nin yeni transferi[/b]

“Digər ölkələrdən təklif alsam da, Albaniyanın ən güclü komandalarından olan “Kukesi”yə üstünlük verdim. Bura Çempionlar Liqasında oynamaq üçün gəldim”. Apasport.az saytının məlumatına görə, bunu “Kukesi”nin yeni transferi Reginaldo deyib.

 

Albaniyanın sportekspres.com saytına müsahibə verən braziliyalı hücumçu “Kukesi”dəki hədəflərindən söz açıb. Reginaldo Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək qarşılaşma barədə də danışıb.

 

28 yaşlı forvard Bakıda meydana çıxmaq istədiyini bildirib: “Laçi”də olduğu kimi, burda da hər oyunda qol vurmağa çalışacam. Bizi indi “Qarabağ”la Çempionlar Liqası matçı gözləyir. Düzdü, kollektivə yeni qoşulmuşam və cəmi bir dəfə məşq etmişəm. Amma cavab matçında meydanda olmağa çalışacam. Oyuna hazıram”.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında görüş avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu komandalar arasındakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb.