“Qarabağ”la oyunlar önümüzdə əngəl oldu”
05.06.2018 - 09:10
“Qarabağ”la oyunlar önümüzdə əngəl oldu”

“Avropa Liqasını qazanmağımız komandada inamı daha da artıracaq. Ümid edirəm ki, gələn mövsüm klubun muzeyini kuboklarla doldurmaqda davam edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun müdafiəçisi Stefan Saviç deyib.

 

İspaniya mətbuatına açıqlama verən monteneqrolu futbolçu komandasının ötən mövsümdəki çıxışını dəyərləndirib.

 

27 yaşlı oyunçu ötən mövsüm Çempionlar Liqasında mübarizəni davam etdirmək gücündə olduqlarını, lakin “Qarabağ”la qarşılaşmalardakı xal itkilərinin buna mane olduğunu vurğulayıb: “Çempionlar Liqasında ən azı qrupdan çıxmağa layiq idik. “Çelsi” ilə matçlarda və xüsusən də, “Roma” ilə görüşdə bunu sübut etdik. Lakin “Qarabağ”a qarşı oyunlar bizim önümüzdə əngəl oldu. Halbuki onlarla matçlarda da qalib gəlməli idik. Düşünürəm ki, gələn il yenidən Avropanın ən yüksək pilləsinə qalxacağıq”.

 

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la hər iki matçda bərabərə qalmış (0:0, 1:1) və qrup 3-cüsü kimi Avropa Liqasına yollanmışdı.