[b]“Qarabağ”la oyunöncəsi 2 yeni transfer[/b]
07.07.2018 - 10:38
[b]“Qarabağ”la oyunöncəsi 2 yeni transfer[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Lyublyana təmsilçisi daha 2 oyunçunun keçidini həll edib.

 

Belə ki, “Vozdovaç”ın müdafiəçisi Marko Qayiç və “Videoton”un yarımmüdafiəçisi Asmir Sulyiç Sloveniya çempionu ilə münasibətləri rəsmiləşdirib. Yarımmüdafiənin mərkəzində və vinger mövqeyində oynamağı bacaran Sulyiç 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi olan ucaboy Qayiç isə qarşıdakı 3 mövsümü “Olimpiya”da keçirəcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.

0