[b]“Qarabağ”la tamam fərqli vəziyyətdəyik” – Aleksandr Xatskeviç[/b]
05.07.2018 - 00:18
[b]“Qarabağ”la tamam fərqli vəziyyətdəyik” – Aleksandr Xatskeviç[/b]

“İlk olaraq xəttlərarası əlaqəni qeyd etməliyəm. Müdafiədə, yarımmüdafiənin mərkəzində yaxşı idik, üstəlik, hücumda da normal kombinasiyalar qura bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dinamo”nun baş məşqçisi Aleksandr Xatskeviç deyib.

 

Yoxlama matçında “Qarabağ”la qarşılaşan və 1:0 hesabı ilə qalib gələn kiyevlilərin çalışdırıcısı matçı klub saytına belə şərh edib: “İlk qarşılaşmaya görə, oyunun gedişi, hücumların təşkili kifayət qədər qənaətbəxş idi. İntensiv ilk hissə izlədik. Müdafiədən hücuma yaxşı çıxışlar oldu. Yekunda bəzi şeylər alınmadı amma, başa düşmək lazımdı ki, biz “Qarabağ”la tamam fərqli vəziyyətdəyik. Onlar bir həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayırlar, bu sonuncu sınaq oyunları idi. Biz isə ilk yoxlama matçımızı keçirdik, amma düşünürəm ki, uşaqlar doğru yöndə hərəkət edirlər”.