[b]“Qəbələ” “Keşlə” ilə qarşılaşacaq[/b]
30.07.2018 - 15:37
[b]“Qəbələ” “Keşlə” ilə qarşılaşacaq[/b]

Topaz Premyer Liqasında yeni mövsümə hazırlaşan “Qəbələ ilə “Keşlə” yoxlama görüşündə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma paytaxtda baş tutacaq.

 

Belə ki, avqustun 4-nə planlaşdırılan oyun “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Matçın başlama saatı hələlik bəlli deyil.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında 2018-19 mövsümünə 11-12 avqust tarixlərində start veriləcək. İlk turda “Qəbələ” “Səbail”i, “Keşlə” isə “Sabah”ı qəbul edəcək.