[b]“Qəbələ” qalib gəldi[/b]
01.08.2018 - 00:02
Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Sənan Qurbanovun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb.
Görüş əsas komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rauf Əliyev və Ceyms Adeniyi vurub.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqa öncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.
0
0