[b]“Qəbələ” qələbə qazana bilmədi - YENİLƏNİB[/b]
04.07.2018 - 21:46
[b]“Qəbələ” qələbə qazana bilmədi - YENİLƏNİB[/b]

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında üçüncü matçına çıxıb.

 

Sənan Qurbanovun yetirmələri Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə baş tutan görüş "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, “Qəbələ” buna qədər Sloveniyada 2 matç keçirib. Komanda Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubu ilə matçlarda qələbə qazana bilməyib.

 

Yoxlama görüşü

4 iyul

 

“Qəbələ” – “Krakoviya” (Polşa) - 0:1

Qol: Oliva, 30

Beltintsi (Sloveniya)

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Monroz, 19. Ceyms Adeniyi, 10. Rauf Əliyev