[b]“Qəbələ” toplu çalışdı[/b]
16.06.2018 - 00:03
“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən təlim-məşq toplanışının 4-cü gününü arxada qoyub.
Komanda günü bir məşqlə tamamlayıb. Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verib.
“Qırmızı-qaralar” sabah iki məşqi baş tutacaq.
0
0