Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Avstriya Futbol İttifaqı almaniyalı mütəxəssislə müqavilənin müddətini uzadıb.
67 yaşlı baş məşqçi 2028-ci ilədək yığmanın sükanı arxasında qalacaq. Ranqnikin əvvəlki sözləşməsi 2026-cı il dünya çempionatına qədər nəzərdə tutulmuşdu.
Son günlər onun adı “Milan”la hallansa da, təcrübəli mütəxəssis Avstriya millisində qalmağa qərar verib.
Qeyd edək ki, Ranqnik 2022-ci ildən Avstriya yığmasına rəhbərlik edir. O, daha əvvəl “Leyptsiq”, “Şalke”, “Hoffenhaym”, “Hannover”, “Ştutqart”, Moskva “Lokomotiv”i və “Mançester Yunayted”də çalışıb. Avstriya millisi DÇ-2026-da J qrupunda İordaniya, Argentina və Əlcəzairlə mübarizə aparacaq.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika