Rusiyada keçirilən dünya çempionatında sona yaxınlaşdıqca “Qızıl top”u kimin qazanacağına dair söhbətlər də qızışır. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, son olaraq Belçika millisinin ulduzu Eden Azar bu mövzuya toxunub.
O bildirib ki, dünya çempionatının qalibi olmaq bu mənada heç nəyi dəyişməyəcək: “Qızıl top”u ya Ronaldo, ya da Messi qazanacaq. Hər şey artıq bəllidi. Riberinin mümkün olan hər şeyi qazandığı ili yaxşı xatırlayıram, ancaq sonda mükafat ona verilməmişdi”.
Qeyd edək ki, hazırda Belçika, İngiltərə, Xorvatiya və Fransa yığma komandaları dünya çempionluğu uğrunda mübarizəni davam etdirirlər.