Qrizmann "Barselona"ya "yox" dedi
04.06.2018 - 18:51
“Atletiko”nun hücumçusu Antuan Qrizmann böyük ehtimalla klubunda qalacaq. Apasport.az saytının ABC-yə istinadən məlumatına görə, fransız futbolçu yaxınlarına “Barselona”ya keçməyəcəyini deyib.
“Atletiko”nun məvacibini 20 milyon avroya qədər qaldırmağa razılıq verməsi, o cümlədən həyat yoldaşı və bacısının Madriddə özlərini xoşbəxt hiss etmələrinin Qrizmannın qərarına təsir etdiyi bildirilir.
Antuan Qrizmann daha öncə gələcəyi barədə yekun qərarını dünya çempionatının startına qədər açıqlayacağını demişdi.
0
0