Qrizmann rəsmən MLS-də
24.03.2026 - 19:18
Qrizmann rəsmən MLS-də

"Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək.

Apasport.az xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı forvard MLS təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. O, yeni komandasına yayda qoşulacaq.

Qeyd edək ki, Fransa millisinin üzvü "Atletiko Madrid"də indiyədək 497 rəsmi matça çıxıb, 211 qol vurub və 97 məhsuldar ötürməyə imza atıb.