Qrizmannın “Atletiko” planı
13.11.2023 - 21:37
Qrizmannın “Atletiko” planı

Antuan Qrizmann Madrid “Atletiko”su ilə müqavilənin müddətini artırmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu komandanın baş məşqçisi Dieqo Simeone ilə bu məsələni müzakirə etdiyini açıqlayıb.

Fransız futbolçu danışıqların müsbət məcrada davam etdiyini və yeni razılaşmanın yaxın zamanlarda imzalanacağını bildirib. Madrid klubu ilə razılaşması 2026-cı ilin yayında bitəcək fransız ən azı daha bir il komandada qalmağı planlaşdırır.

Qeyd edək ki, cari mövsümdə 16 matç keçirən Qrizmann 12 qol və 1 məhsuldar ötürməyə imza atıb.

0