[b]Qurban Qurbanovun darmadağının əsasını qoyduğu gün[/b]
04.06.2018 - 21:26
[b]Qurban Qurbanovun darmadağının əsasını qoyduğu gün[/b]

Sabah Azərbaycan milli komandası Qazaxıstan yığması ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, komandamız tarixində 2-ci dəfə iyunun 5-də meydana çıxacaq.

 

İlk belə görüş 19 il öncə baş tutub. AVRO-2000-nin seçmə oyununda yığmamız Bakıda Lixtenşteyni qəbul edib.

 

Millimiz tarixinin ən böyükhesablı qələbəsini həmin qarşılaşmada qazanıb – 4:0. 18 il sonra 4 top fərqli qələbə rekordu təkrarlansa da, qırılmaz qalıb.

 

1999-cu il iyunun 5-dəki darmadağının əsasını isə millimizin indiki baş məşqçisi Qurban Qurbanov qoyub. O, 16-cı dəqiqədə hesabı açmaqla Tofiq Bəhramov adına Respublika stadionunu ayağa qaldırıb.