[b]Rabio PSJ rəhbərliyini bir-birinə vurdu[/b]
05.07.2018 - 14:39
[b]Rabio PSJ rəhbərliyini bir-birinə vurdu[/b]

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabio klubda problemə səbəb olub. Apasport.az saytının “LEquipe”ə istinadən məlumatına görə, prezident Nasser əl-Xelaifi ilə idman direktoru Antero Enrikenin fransalı futbolçu barədə fikirləri üst-üstə düşməyib.

 

Belə ki, əl-Xelaifi 23 yaşlı oyunçu ilə yeni müqavilə bağlamağın tərəfdarıdı. Enrike isə Rabionun istəklərinin yüksək olduğu qənaətindədi və onun satılmasının tərəfdarıdı. Ulduz futbolçu yeni sözləşmə üçün aylıq 600 min avro maaş tələb edir.

 

Qeyd edək ki, Adrien Rabio başda “Barselona” olmaqla, İspaniya, İtaliya və İngiltərə klublarının maraq dairəsindədi. Onun PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.