[b]Rabyonun "Barselona"ya transferi bu həftə rəsmiləşə bilər[/b]
31.07.2018 - 14:52
[b]Rabyonun "Barselona"ya transferi bu həftə rəsmiləşə bilər[/b]

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyonun “Barselona”ya keçidi hələ də gündəmdədi. Apasport.az saytının “Sport” nəşrinə istinadən məlumatına görə, transferin reallaşması üçün hər şeyi edən katalon klubu hazırda fransız futbolçunun təmsilçilərinin parislilərin rəhbərliyini razı salmasını gözləyir.

 

Həftə sonuna kimi Rabyo və PSJ arasındakı danışıqlar müsbət nəticə verməsə, “Barselona” orta xəttini gücləndirmək üçün diqqətini başqa futbolçulara yönəldəcək.

 

23 yaşlı oyunçunun təmsilçiləri və PSJ rəhbərliyi arasında avqustun 2-də baş tutacaq görüşün həlledici olacağı gözlənilir.