Ramos İtaliya klubuna keçə bilər
04.10.2024 - 16:55
Ramos İtaliya klubuna keçə bilər

İspaniyalı müdafiəçi Serxio Ramos karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

38 yaşlı oyunçunun xidmətində "Yuventus" maraqlıdır.

Turin klubu Ramosa zədələnən müdafiəçisi Qleyson Bremerin əvəzləyicisi kimi baxır. 

Xatırladaq ki, Ramos bu ilin yayında "Sevilya"dan ayrılıb və hazırda azad agent statusu daşıyır.

0