Serxio Ramos Meksikanın "Monterrey" klubunu tərk edib
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi hazırda Avropada özü üçün rəqabətədavamlı mühit axtarır. Bu barədə İtaliyanın "Repubblica" nəşri məlumat yayıb.
Ramosun agenti artıq “Milan” rəhbərliyi ilə əlaqə saxlayaraq mümkün keçidin perspektivlərini müzakirə edib.
“Rossoneri” 39 yaşlı futbolçunun xidmətlərində maraqlı olan əsas namizədlərdən biri hesab olunur. Klub daha əvvəl Tyaqo Silvanı heyətinə qatmaq fürsətini əldən verib. A Seriyası nəhəngi bu dəfə oxşar vəziyyətin təkrarlanmaması üçün daha çox səy göstərəcək.
Qeyd edək ki, təcrübəli mərkəz müdafiəçisi indiyədək heç vaxt İtaliyada çıxış etməyib.
- Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır
- “Milan”ın futbolçusu əməliyyat olundu
- “Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
- Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...”
- Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar”