Ərəb kubokunun iştirakçıları açıqlandı – 22 komanda
25.11.2020 - 00:44
Ərəb kubokunun iştirakçıları açıqlandı – 22 komanda

2021-ci ildə Qətərdə keçiriləcək Ərəb kuboku turnirinin iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, gələn il dekabrın 1-18-i aralığında baş tutacaq yarışda 22 komanda mübarizə aparacaq.

Onlardan 12-ci Asiya, 10-u isə Afrika qitəsini təmsil edəcək. Asiyadan Qətər, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən, Afrikadan isə Əlcəzair, Cibuti, Misir, Komor adaları, Liviya, Mavritaniya, Mərakeş, Somali, Sudan və Tunis birinci yer uğrunda mübarizə aparacaqlar.

Bu turnir 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
 

0