Ərəblər “Milan”ı alır
15.04.2022 - 21:15
Avropanın daha bir klubu asiyalı sahibkarların əlinə keçə bilər.
Apasport.az saytının məlumatına görə, mərkəzi Bəhreyndə yerləşən “İnvestcorp” ərəb investisiya fondu “Milan”ı almaq niyyətindədir.
İtaliya təmsilçisinin indiki sahibləri “Elliott Management Corporation” ilə danışıqlar artıq yekunlaşmaq üzrədir. Klub yaxın müddətdə sahibini dəyişə bilər. “İnvestcorp” 42 milyard dollardan artıq aktivləri idarə edən fonddur.
Qeyd edək ki, ABŞ-ın “Elliott” şirkəti 2018-ci ildən “Milan”ın sahibidir.
0
0