Madrid “Real”ı heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, İspaniya klubu Cud Bellinqem transferində Dortmund “Borussiya”sı ilə prinsipial razılıq əldə edib.
Almaniyada klub nümayəndələri ilə görüşən “Kral klubu” rəsmiləri ilk görüşün müsbət ab-havada keçdiyini bildiriblər. Bu günlərdə bir daha Dortmunda səfər edəcək ispaniyalıların transferi tamamlayacağı qeyd olunur.
19 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəyəcək madridlilər Bellinqemlə 6 illik müqavilə imzalamağı planlaşdırırlar.
Qeyd edək ki, 2020-ci ildən “Borussiya”nın şərəfini qoruyan ingilis futbolçu bu mövsüm 42 matçda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”