[b]“Real” gənc oyunçunu ələ keçirdi: 6 illik müqavilə[/b]
05.07.2018 - 20:59
[b]“Real” gənc oyunçunu ələ keçirdi: 6 illik müqavilə[/b]

“Real” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Real Sosyedad”dan Alvaro Odriozolanı heyətinə cəlb edib.

 

Bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, 22 yaşlı sağ cinah oyunçusu ilə 6 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, ötən mövsümü yüksək səviyyədə keçirən Odriozola İspaniya milli komandası ilə Rusiya-2018-də çıxış edib.