“Real” onun üçün 120 milyonundan keçməyə hazırdır
07.01.2023 - 16:46
“Real” onun üçün 120 milyonundan keçməyə hazırdır

Madrid “Real”ın “Leypsiq”li Yoşko Qvardiola təklif etdiyi məbləğ açıqlanıb. 

Apasport.az saytı xəbər verir ki, “kral klubu” Bundesliqada oynayan müdafiəçi üçün 120 milyon avrosundan keçməyə hazırdır. 

23 yaşlı futbolçunun transferində israr edən Madrid təmsilçisi son 15 gündə qarşı tərəflə iki görüş keçirib. 

Xorvatiya millisinin formasını geyinən Qvardiolanı İngiltərənin “Çelsi” və “Mançester Yunayted” komandaları istəsə də, onun məhz “Real”da oynamaq istədiyini bildirib.

Qeyd edək ki, Yoşkonun “Leypsik”lə müqaviləsinin müddəti 2027-ci ildə bitəcək. 
 

0