Qış transfer dövründə heyətə yeni hücumçu cəlb etmək istəyən Madrid “Real”ında əsas hədəf bəlli olub.
Apasport.az saytı xəbər verir ki, “qalaktikos” "Napoli"nin hücumçusu Viktor Osimhenə elçi düşüb.
24 yaşlı nigeriyalının İtaliya klubundakı gələcəyi ciddi təhlükə altındadır. Komanda rəhbərliyi ilə yola getməyən forvard hətta hüquqlarının tapdandığını düşündüyü üçün, Neapol klubunu məhkəməyə vermək istəyir. “Transfermarkt” portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Osimhenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək. O, bu mövsüm bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı