“Real”da ayrılıq
03.06.2023 - 16:07
“Real”da ayrılıq

Marko Asensio “Real”dan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

2015-ci ildən Madrid təmsilçisində çıxış edən yarımmüdafiəçi bu müddətdə 285 oyun keçirib. Onun hesabında 61 qol var.

Qeyd edək ki, Marko üç dəfə Çempionlar Liqası, dörd dəfə klublararası dünya çempionatı, üç dəfə UEFA Superkuboku, üç dəfə La Liqa, bir dəfə İspaniya kuboku, üç dəfə İspaniya Superkubokunu qazanıb.
 

0