“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, gənc futbolçu “Real”ın maraq dairəsindədi.
“Kral klubu” bu keçid müqabilində qarşı tərəfə 155 milyon avro ödəməyə hazırdı. Hücumçusu Kriştianu Ronaldonu “Yuventus”a satmağı planlaşdıran madridlilər əldə ediləcək gəliri Serbiya millisinin üzvü üçün ayıracaq. 23 yaşlı oyunçu ilə həmçinin “Manşester Yunayted”, “Barselona” və PSJ də maraqlanır.
Qeyd edək ki, Sergey Milinkoviç-Saviç ötən mövsüm A seriyasında 35 oyun keçirib, 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.