[b]"Real"dan "Çelsi"yə 100 milyonluq təklif[/b]
30.07.2018 - 16:04
[b]"Real"dan "Çelsi"yə 100 milyonluq təklif[/b]

“Çelsi”nin qolkiperi Tibo Kurtua və vingeri Villian “Real”ın maraq dairəsindədi. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “zadəganlar” iki futbolçuya görə ümumilikdə 100 milyon funt sterlinq təklif etməyə hazırdı.

 

Təklifi gözdən keçirən “Çelsi”nin yeni qapıçı tapa bilmədiyi müddətcə Tibo Kurtuanın ayrılmasına izin verməyəcəyi gözlənilir. Villianın komandadan ayrılması isə ehtimal daxilindədi.

 

2017-18 mövsümündə İngiltərə Premyer Liqasında 35 matçda meydana çıxan Kurtua qapısında 34 qol görüb. 36 görüşdə forma geyinən Villian isə 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.