“Real”dan Karvaxal qərarı
15.09.2024 - 19:23
“Real”dan Karvaxal qərarı

"Real" Dani Karvaxalla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun çıxışından məmnundur.

Madridlilər onu komandada saxlamağı planlaşdırır. 32 yaşlı müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq müqaviləsi daha bir mövsüm artırılacaq.

Qeyd edək ki, Karvaxal 2013-cü ildən "Real"da çıxış edir.

0