“Real”ın futbolçusu millinin heyətində zədələnib
19.11.2025 - 22:56
“Real Madrid”in heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Eder Militao zədə səbəbindən sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Braziliya millisinin Tunislə keçirdiyi yoldaşlıq oyununda zədələnib. Müayinələr nəticəsində onun sağ ayağının böyük addüktor əzələsində zədə aşkarlanıb.
Müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Eder Militao bu mövsüm Madrid klubunun heyətində çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0