[b]“Real”ın Ronaldo planı: Neymar, Mbappe və Azar[/b]
09.07.2018 - 18:41
[b]“Real”ın Ronaldo planı: Neymar, Mbappe və Azar[/b]

“Real” “Yuventus”a keçəcəyi gözlənilən Kriştianu Ronaldonun boşluğunu doldurmaq üçün çalışmalara başlayıb. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, Madrid klubunun siyahısının başında PSJ-nin hücumçusu Neymar gəlir.

 

Neymarın transferi baş tutmayacağı təqdirdə isə “Real” onun komanda yoldaşı Kilian Mbappe ilə heyətini gücləndirmək üçün cəhdlərə başlayacaq. Ancaq Paris klubunun futbolçularının müqaviləsində konkret sərbəst qalma məbləği göstərilmədiyindən, onların transferinin baş tutma ehtimalı aşağı qiymətləndirilir.

 

Belə olan halda, “Real” üçüncü variantı – “Çelsi”nin yarımmüdafiəçisi Eden Azarı gözdən keçirəcək. Belçikalı futbolçu özü də “kral klubu”nda oynamaqda maraqlıdı.