[b]“Rəşad Sadıqovun mənə çox şey öyrədəcəyini düşündüm”[/b]
04.06.2018 - 12:28
[b]“Rəşad Sadıqovun mənə çox şey öyrədəcəyini düşündüm”[/b]

“Bursaspor”un yeni baş məşqçisi Samet Aybaba bəyəndiyim, gənclərə üstünlük verən məşqçidi. Onunla birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Aybabanın rəhbərliyi altında yüksəlişə keçib, Ozan Canın kim olduğunu xatırladacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Ozan Can Kökcü deyib.

 

Ötən mövsümü icarə əsasında “Valveyk”də keçirən gənc oyunçu artıq müqavilə ilə məxsus olduğu “Bursaspor”a qayıdıb. O, kluba yaxın olan saytlardan birinə müsahibəsində gələn mövsümü Superliqa təmsilçisində keçirəcəyini söyləyib.

 

Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində olan Kökcü Türkiyəni seçməməsinin səbəbini də açıqlayıb. 20 yaşlı oyunçu millimizdən bir dəfə imtina etdiyini də xatırladıb: “Əsas milli ilə bağlı çox danışmaq istəmirəm. Hollandiyada olanda Tolunay Kafkasla bir dəfə görüşmüşdüm. Ondan əvvəl isə bəzi problemlərə görə, Azərbaycan yığmasından imtina etmişdim. Lakin baş məşqçi postuna Rəşad Sadıqovun gəlməsindən sonra yenidən təklif aldım. Sadıqov çox yaxşı insan və məşqçidi. Onun mənə çox şey öyrədəcəyini düşündüyüm üçün yığmaya dönməyi qəbul etdim. Bunun təfərrüatlarına girmək istəmirəm. Əsas millinin isə qismətlə bağlı olduğunu düşünürəm”.