Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu “Roma”ya keçməyə yaxındı.
İspaniya təmsilçisində o qədər də çox şans qazanmayan və bu üzdən klubdan ayrılmaqda maraqlı olan yarımmüdafiəçi komandasını dəyişməyin tərəfdarıdı. “Sevilya”nın fransalı futbolçusu Stefan Nzonzinin keçidini həll etməkdə çətinliklə üzləşən romalılar artıq xorvatiyalıya göz dikib.
İtaliya klubu balkanlının transferinə görə “Real”la danışıqlara da start verib. Lakin “Bavariya” və “Mançester Siti” kimi nəhənglər də Mateonun xidmətində maraqlıdı.