“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
06.06.2025 - 19:48

İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, komandaya Can Pyero Qasperini rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" 67 yaşlı təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qasperini son olaraq "Atalanta"ya rəhbərlik edib.
1
0