[b]Ronaldo 200 milyona “yox” dedi[/b]
08.07.2018 - 16:32
[b]Ronaldo 200 milyona “yox” dedi[/b]

"Yuventus”un maraq dairəsində olan Kriştianu Ronaldo Çindən fantastik təklif alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Çinin Super Liqa klublarından biri portuqaliyalıya 2 illik müqavilə təklif edib.

 

Maraqlıdı ki, onlar futbolçuya ilinə 100 milyon avro maaş verməyə boyun olublar. Lakin 34 yaşlı superulduz buna “yox” cavabını verib. O, karyerasını Avropada davam etdirmək üçün bu addımı atıb.

 

Qeyd edək ki, Kriştianu Ronaldonun tezliklə 100 milyon avro müqabilində “Yuventus”a keçməsi gözlənilir.