[b]"Ronaldo artıq "Yuventus"un təklifini qəbul edib"[/b]
06.07.2018 - 18:47
[b]"Ronaldo artıq "Yuventus"un təklifini qəbul edib"[/b]

“Sky Sports”un jurnalisti Fabriçio Romano Kriştianu Ronaldonun “Yuventus”a keçidi barədə son vəziyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, o, portuqaliyalı futbolçunun artıq “Yuventus”a “hə” dediyini vurğulayıb.

 

“Yuventus” özündən əmindi. Danışıqlar davam edir. Kriştianu artıq “Yuventus”un müqavilə təklifini qəbul edib. Saziş 4 illikdi və o, mövsüm başına 30 milyon avro qazanacaq. Futbolçu hazırda “Real”ın “Yuventus”la anlaşmasını və ona ayrılması üçün izin verilməsini gözləyir. Jorje Mendeş məsələnin üzərində çalışır” – deyə, Romano qeyd edib.

 

Ronaldonun transferinin “Yuventus”a 100 milyon avroya başa gələcəyi gözlənilir.

0