Ronaldo çempionluq şansını itirdi
28.05.2023 - 00:23
Ronaldo çempionluq şansını itirdi

Kriştano Ronaldo Səudiyyə Ərəbistanı çempionu olmaq şansını itirib.

Apasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçunun çıxış etdiyi “Əl-Nəsr” sona bir tur qalmış liderdən 5 xal geri qalıb.

Çempionatın 29-cu turunda “Əl-Nəsr” səfərdə xal itkisi ilə üzləşib. “Əl-İttifaq”ın qonağı olan Ronaldonun komandası bir xalla kifayətlənib. Kriştiano 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

Lider “Əl-İttihad” səfərdə böyükhesablı qələbə qazanaraq (3:0), çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, qalmaqallı şəkildə “Mançester Yunayted”i tərk edən Ronaldo növbəti dəfə mövsümü titulsuz bitirib.

29-cu tur
“Əl-İttifaq” - “Əl-Nəsr” – 1:1
“Əl-Feyha” - “Əl-İttihad” – 0:3
 

0