[b]Ronaldo transferində həlledici gün[/b]
10.07.2018 - 12:31
[b]Ronaldo transferində həlledici gün[/b]

Bu gün “Real”ın hücumçusu Kriştianu Ronaldonun “Yuventus”a transferinin baş tutub-tutmaması anlamında həlledici ola bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, hazırda portuqaliyalı futbolçunun agenti Jorje Mendeş “kral klubu”nun rəhbərliyi ilə müştərisinin gələcəyini müzakirə etmək üçün yekun görüş keçirir.

 

“Yuventus” yekun təklifini gözdən keçirmək üçün görüşün başa çatmasını gözləyir. Kriştianu Ronaldonun özünün “qoca sinyora”ya keçmək istəməsi “Real”ın seçim imkanlarını azaldır. Transferin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir.