Ronaldonun qazancına alına bilər - 6 təyyarə, 533 ada, 1351 ev...
07.01.2023 - 16:06
Ronaldonun qazancına alına bilər - 6 təyyarə, 533 ada, 1351 ev...

“Əl-Nəsr” komandasına transfer olunan Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında qazanacağı pulla nələr almaq olduğu açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanına ödəniləcək 200 milyon dollara bir çoxlarının xəyal kimi baxdıqlarını əldə etmək mümkündür. 

Bu məbləğə nə az, nə çox - 6 şəxsi təyyarə almaq olar. Həmçinin 533 ada və ya 1351 evə də yiyələnmək mümkündür. 

Əgər 200 milyon dolları daşınmaz əmlaka deyil, avtomobil alışına yönəlsə, bu zaman həmin məbləğə isə 1600 “Rolls Roys” düşəcək.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə 2,5 illik müqavilə imzalayıb. 
 

0