[b]Ronaldonun yerinə iki hücumçu[/b]
07.07.2018 - 18:15
[b]Ronaldonun yerinə iki hücumçu[/b]

“Real” rəhbərliyi “Yuventus”un maraq dairəsində olan Kriştianu Ronaldonun alternativini axtarmağa başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya nəhəngi bir neçə hücumçu ilə danışıqlara başlayıb.

 

Klub prezidenti Florentino Peres iki hücumçu transferində maraqlıdı. Bunlardan birincisi “Çelsi”nin forvardı Eden Azardı. Belçika millisinin kapitanı da bu keçidin əleyhinə deyil. İkinci ön xətt oyunçusu adına isə iki namizəd var. Bunlar “İnter”li Mauro İkardi və “Bavariya”lı Robert Levandovskidi.

 

Qeyd edək ki, “Real” Kriştianu Ronaldonu 130 milyon avroya satmağı planlaşdırır.