Ronaldonun yerinə Mbappe
16.11.2022 - 16:29
Ronaldonun yerinə Mbappe

“Mançester Yunayted” qalmaqallı müsahibəsindən sonra hücumçusu Kriştiano Ronaldonu satmaq prosesini sürətləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar" portuqaliyalı superulduzu PSJ-nin forvardı Kilian Mbappe ilə əvəzləmək istəyir.

Premyer Liqa təmsilçisi Avropada Mbappenin transferini və maaşını maliyyə cəhətdən qarşılaya biləcək azsaylı klublardan biridir. Klub rəhbərliyi Fransa millisinin üzvünə alternativ isə “Napoli”nin hücumçusu Viktor Osimheni görür.

Qeyd edək ki, Kilian Mbappe yay fasiləsində PSJ ilə yeni 3 illik müqavilə imzalayıb.
 

0