Ronaldoya görə Abubakar heyətdən kənarlaşdırıldı
07.01.2023 - 17:03
Ronaldoya görə Abubakar heyətdən kənarlaşdırıldı

“Əl-Nəsr” klubu Kriştiano Ronaldonu sifariş etmək üçün bir legionerini heyətdən uzaqlaşdırmağa məcbur olub.

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Vinsent Abubakar önündə “qırmızı işıq” yandırıb. 

Əcnəbi limiti səbəbindən bu addımı atmağa məcbur olan “Əl-Nəsr” Ronaldoya görə kamerunlu hücumçu ilə müqaviləni ləğv etməli olacaq.

Qeyd edək ki, Ronaldo yeni komandasında yanvarın 21-də “Əl İttifaq”la matçda debüt şansı qazana bilər. 
 

0