[b]Rusiya Super Kubokunun qalibi bəlli oldu[/b]
28.07.2018 - 01:50
Rusiya Super Kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə iki Moskva klubu – MOİK-lə “Lokomotiv” üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib. Əsas vaxtı heç-heçə - 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində “hərbiçilər”in oyunçusu Xetaq Xosonovun vurduğu qol komandasına qələbə qazandırıb.
Qeyd edək ki, MOİK bu qələbə ilə Super Kuboku rekord sayda – 7-ci dəfə əldə edib. Ordu klubu daha əvvəl 2004, 2006, 2007, 2009, 2013 və 2014-cü illərdə hamıdan güclü olmuşdu.
0
0