[b]Rusiyalı futbolçular dopinqdən istifadə edirlər - İDDİA[/b]
09.07.2018 - 17:18
[b]Rusiyalı futbolçular dopinqdən istifadə edirlər - İDDİA[/b]

Almaniyanın “Bild” nəşri Rusiya yığmasının üzvlərinin DÇ-2018-də fiziki vəziyyətlərini yaxşılaşdırmaq üçün dopinqdən istifadə etdiklərinə dair məlumat yayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı futbolçular Xorvatiya ilə oyundan öncə ammiak qəbul ediblər.

 

Jurnalistlərin fikrinə görə, ammiak qadağan olunmuş preparatların siyahısında yer almasa da, mütəxəssislər onun bənzər gücləndirici effekt verə biləcəyini vurğulayıblar.

 

“Bild” sübut kimi tvitter hesabında Rusiya millisinin üzvü İlya Kutyepovun meydana çıxmamışdan öncə preparatdan istifadə etdiyinə dair görüntü paylaşıb.