Şahruddinin komandasında prezident istefa verdi - Səbəb
27.02.2024 - 14:34
Şahruddinin komandasında prezident istefa verdi - Səbəb

"Adana Dəmirspor"un prezidenti Murat Sancak tutduğu vəzifədən istefa verib. 

Apasport.az xəbər verir ki, yeni prezident Mətin Qorxmaz olub.

Sancak bu qərarın səbəbini sosial media hesabında belə açıqlayıb: 

"Bəzi sosial media hesablarında prezidentliyi təhvil verməyimin səbəbini anlamayanlar var idi. Onların başa düşə biləcəyi bir dillə deyim ki, mən haqqımı tələb etdikcə, mənə cəzalar verilir. Bu cəzaları da toplasaq, o deməkdir ki, mən 2 il boyunca heç bir haqq tələb edə bilmərəm və bu da klub idarəçiliyinə sirayət edir. Buna görə, vəzifəmi tərk etdim. Ən böyük hədəfim bu şəbəkələrə qarşı mübarizə aparmaqdır".

0